Qar uçqununa düşən əsgər Sabirabadda dəfn edildi - FOTO

Gədəbəydə qar uçqununda həlak olan əsgər Sabirabadda dəfn olunub.
Ajans.az Report-a istinadən xəbər verir ki, dəfn mərasimi bu gün səhər saatlarında rayonun Muğan Gəncəli kəndində baş tutub.
Dəfn mərasimində qar uçqunda həlak olmuş əsgər, 2006-cı il təvəllüdlü İmanov Əli Tariyel oğlunun doğmaları, rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Ə. İmanov doğulduğu Muğan Gəncəli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Ə. İmanov 2024-cü ilin aprelində həqiqi hərbi xidmətə çağırılıb.
Qeyd edək ki, martın 19-da Əli İmanov hərbçi yoldaşı Rüstəm Həmidovla birgə qar uçqunu nəticəsində həlak olub. Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin keçirdiyi birgə axtarış tədbirləri nəticəsində martın 20-də əsgərlərin nəşi tapılıb və ailələrinə təhvil verilib.