ADY-də çirkli suların təkrar istifadəyə verilməsi necə həyata keçirilir? - VİDEO

Cəmiyyət
22-03-2025 - 14:40
22 mart Dünya Su Resursları Günü kimi qeyd olunur.
Ajans.az bildirir ki, ADY dəmir yollarının dayanıqlı inkişafı üçün su resurslarına qənaət edir, çirkli suyun təkrar istifadəyə qaytarılmasını təmin edir.
Yeni Biləcəri və Gəncə lokomotiv depolarında hərəkət tərkibinin yuyulmasında 1510-84 DÜST normasına uyğun olaraq avtomatik yuma cihazından istifadə edilir
Proses zamanı yaranan çirkli su mərhələli şəkildə təmizlənərək təkrar istifadəyə verilir.
Yekunda toplanan sənaye mənşəli çirkab suları müvafiq sistemlər vasitəsilə təmizlənərək kanalizasiyaya axıdılır.