Bu şəxslərə PİS XƏBƏR - Qarşıdakı həftə ərzində...

Bu şəxslərə PİS XƏBƏR -
Maraqlı 22-03-2025 - 14:20
 116

Ulduzlar bu həftə bəzi bürclər üçün çətinliklər və gözlənilməz hadisələr vəd edir. Əgər aşağıdakı bürclərdən birisinizsə, diqqətli olun.

Ajans.az dünya mediasına istinadən həmin bürcləri təqdim edir:

Əqrəb

Bu həftə Əqrəblər üçün stresli hadisələrlə dolu olacaq. İş yerində xoşagəlməz bir xəbər ala bilərsiniz, rəhbərliklə mübahisə və ya gözlənilməz bir qərar iş həyatınıza təsir edə bilər. Şəxsi münasibətlərdə də sürprizlər ola bilər – sevdiyiniz insanla aranızda anlaşılmazlıqlar yaşanacaq. Sakitliyinizi qoruyun və emosiyalarınıza hakim olun!

Oğlaq

Oğlaqlar bu həftə maddi çətinliklərlə qarşılaşa bilər. Planlaşdırmadığınız xərclər sizi narahat edəcək, bəlkə də gözlədiyiniz maliyyə gəliri gecikəcək. Əgər borc vermisinizsə, geri qaytarılması ilə bağlı problemlər yaşaya bilərsiniz. Həmçinin, iş yerindəki bəzi dəyişikliklər sizi narahat edə bilər. Səbirli olun və tələskən qərarlar verməyin!

Qoç

Qoçlar üçün isə bu həftə sağlamlıq baxımından ehtiyatlı olmaq vacibdir. Yorğunluq, stress və yuxusuzluq öz təsirini göstərə bilər. Həmçinin, yaxın ətrafınızdan sizi məyus edəcək bir xəbər ala bilərsiniz. İş yerində və ya ailədə sizi incidəcək sözlər eşidə bilərsiniz. Hər şeyə rəğmən, pozitiv qalmağa çalışın, çünki bu çətinliklər müvəqqətidir.

PAYLAŞ: