Bakının Nizami rayonunda qanunsuz tikinti gedir? - FOTO

Bakının Nizami rayonunda qanunsuz tikinti gedir? -
Hadisə 22-03-2025 - 13:35
 201

Nizami rayonu, Qara Qarayev prospekti, ev 82A-nın həyətində, 61 saylı orta məktəbin ərazisində (vaxtilə məktəbin ərazisi olub, sonra zəbt edilib) 2 gündür gecə-gündüz dayanmadan tikinti gedir.

Ajans.az xəbər verir ki, bununla bağlı "Bakı gündəliyi" Facebook səhfəsində məlumat paylaşılıb. Məlumata görə, ərazidə avtoyuma məntəqəsi və başqa təyinatlı obyektlər tikilir. 

Tikintiyə rəsmi icazə verilib-verilmədiyi isə məlum deyil. Məsələ diqqətimizdə saxlanılacaq.

PAYLAŞ: