Sərhəddə vəziyyət dəyişdi: 100 minlik ordu döyüşə GƏLİR
Şimali Koreya Ukraynaya qarşı müharibədə Rusiyaya kömək etmək üçün 100 minə qədər hərbçi yerləşdirə bilər.
Ajans.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu, Pxenyan və Moskva arasında müttəfiqliyin dərinləşməyə davam edəcəyi təqdirdə mümkündür.
Məqalədə deyilir ki, belə bir gediş qaçılmaz deyil və bu miqyasda hərbi dəstək baş verərsə, birdəfəlik yerləşdirmə deyil, zamanla qoşunların rotasiyası ilə partiyalar şəklində veriləcəyi ehtimal edilir.
Bu ayın əvvəlində Ukraynanın Cənubi Koreyadakı səfiri Dmitri Ponomarenko da oxşar qiymət verib.