Şəkil çəkmək üçün köpək balığına yaxınlaşan qadın hər iki əlini İTİRDİ

Şəkil çəkmək üçün köpək balığına yaxınlaşan qadın hər iki əlini
Dünya 18-02-2025 - 12:49

55 yaşlı kanadalı turist Turks və Kaykos adalarında çimərkən şəkil çəkdirmək istəyərkən köpək balığının hücumuna məruz qalaraq hər iki əlini itirib.

Ajans.az xəbər verir ki, məlumat Turks və Caicos Ətraf Mühit və Sahil Resursları Departamentinin bəyanatında yer alıb.

Hakimiyyət orqanları Daily Telegraph-a bildiriblər ki, köpək balığı qadının qollarını sahildən bir neçə metr aralıda dişləyib.

“Herald” xəbər verir ki, şəxsiyyəti açıqlanmayan qadının bir qolu biləyindən və digər qolunun yarısı kəsilməlidir. Qadın sonrakı müalicə üçün hava təcili yardımı ilə Kanadaya aparılıb.

Səlahiyyətlilər hücum edən köpəkbalığının növünü dəqiq müəyyən edə bilməyiblər, lakin bunun öküz köpəkbalığı olduğuna inanırlar.

Hadisədən sonra Turks və Kaykosdakı çimərlik bağlansa da, fevralın 9-da yenidən açılıb.

Florida Universitetinin köpəkbalığı hücumlarını izləyən Beynəlxalq Köpəkbalığı Hücum Reyestrinə görə, keçən il dünya üzrə ümumilikdə 88 köpəkbalığı hücumu baş verib. Bu hücumlardan 24-ü insanların köpək balıqlarını təhrik etməsi nəticəsində baş verib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: