Qonşu ölkədə daşqın TƏHLÜKƏSİ
Noyabrın 16-da axşam saatlarında daşqın gözlənilir.
Ajans.az xəbər verir ki, Şəhər Hidrometeorologiya Mərkəzinin baş sinoptiki Aleksandr Kolesov xoşagəlməz proqnoz barədə məlumat verib.
Mütəxəssis bildirib ki, noyabrın 16-da, şənbə günü axşam saatlarında Sankt-Peterburqda daşqın gözlənilir. Su Finlandiya körfəzindən Sankt-Peterburqa doğru 25-28 m/s güclənən güclü cənub-qərb küləyi ilə hərəkət edəcək.
Saat 22:00 radələrində şəhəri daşqın təhlükəsi gözləyir, lakin bu, uzun sürməyəcək. Noyabrın 17-si bazar günü səhər tezdən sular çəkilməyə, küləklər sakitləşməyə başlayacaq. Lakin şəhərdə suyun səviyyəsi yüksək olaraq qalacaq.