Hindistanda yeni ölümcül virus aşkar edilib

Hindistanda yeni ölümcül virus
Hindistan
Dünya 28-01-2025 - 16:40

Hindistanın Cammu və Kəşmir əyalətində mənşəyi  məlum olmayan xəstəlik halları qeydə alınıb.

Ajans.az xəbər verir ki, bu barədə Hindistan KİV məlumat yayıb.

Bildirilir ki, indiyədək naməlum virusa 38 yoluxma halı aşkarlanıb. Onlardan 17-si dünyasını dəyişib. 

Xəstəliyin ilkin əlamətləri, yüksək hərarət, ürəkbulanma və ümumi zəiflikdir.  Hind həkimlərinin məlumatına görə, ölənlərin hamısında beyin ödemi olub. 

PAYLAŞ: