Hərbi təyyarə qəzaya uğradı - 19 nəfər öldü

Hərbi təyyarə qəzaya uğradı -
Dünya 26-02-2025 - 11:40

Sudanın Xartum əyalətinin Omdurman şəhərində hərbi təyyarənin qəzaya uğraması nəticəsində azı 19 nəfər həlak olub.

Ajans.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisəyə səbəb texniki nasazlıq olub, təyyarə yerli aviabazadan havaya qalxdıqdan qısa müddət sonra yaşayış məntəqəsinin üzərinə düşüb. Qəzanın qurbanları arasında ekipaj üzvləri və hərbçilər, həmçinin təyyarənin qəzaya uğradığı yaşayış binasında olan mülki şəxslər də var.

Ölənlər arasında Sudanda tanınmış briqada generalı, Xartum hərbi dairəsinin keçmiş komandiri Bahar Əhmədin də olduğu qeyd edilir.

PAYLAŞ: