Gürcüstan-Türkiyə sərhədində 8 əcnəbi saxlanıldı

Gündəm
21-02-2025 - 22:48
Sərhədçilər Gürcüstan-Türkiyə sərhədində 8 əcnəbini saxlayıb.
Ajans.az xəbər verir ki, iki əcnəbi vətəndaş Türkiyədən sərhəd keçid məntəqəsindən Gürcüstan sərhədini qanunsuz keçib.
Təqsirləndirilənlərdən 6-sı isə qanunsuz yolla Gürcüstandan Türkiyəyə keçməyə cəhd edib.
Əcnəbilərin vətəndaşlığı göstərilmir. İttihamları sübuta yetirilərsə, saxlanılanları 5 ilə qədər həbs gözləyir.