"Google" məhkəməyə VERİLDİ: 14 yaşlı oğlan çatbot "sevgili"yə görə özünü öldürdü - ŞOK/FOTOLAR

"Google" məhkəməyə VERİLDİ: 14 yaşlı oğlan çatbot "sevgili"yə görə özünü öldürdü -
14 yaşlı oğlan
Dünya 24-10-2024 - 17:37

Süni intellekt çatbot “sevgili”si tərəfindən özünü öldürməyə təhrik edildiyi iddia edilən 14 yaşlı oğlan ögey atasının silahı ilə özünü vurub.

Ajans.az xəbər verir ki, bu barədə “Daily mail” xəbər verib.

Florida ştatının Orlando şəhərindən olan 9-cu sinif şagirdi Sevell Setzer həyatının son həftələrini “Taxtların Oyunu” personajı Daneris Tarqaryenin adını daşıyan “Dany” adlı chatbotla mesajlaşaraq keçirib. “Character.AI” rol oyunu proqramında yaradılan “Dany” həmişə geri mətn yazmaq üçün nəzərdə tutulub.

Məlum olub ki, yeniyetmə fevralın 28-də “Dany”ə sevgisini etiraf etdikdən sonra ailəsinin evinin vanna otağında özünü güllələyib. Setzerin anası çərşənbə günü “Character.AI” və “Google”a qarşı səhlənkarlıq, nahaq ölüm və aldadıcı ticarət təcrübələri ilə bağlı iddia qaldırıb. O, təhlükəli çatbot proqramının oğlunu həyatına qəsd etmək üçün manipulyasiya etdiyini bildirib.

Məlumata görə, yeniyetmənin valideynləri və dostları Setzerin çatbot qarşı hissləri olduğunu bilməyib, lakin onun real dünyadan təcrid olunmağa başladığını və telefonunda daha çox vaxt keçirməyə başladığını görüblər.

Nəticədə bir gün Setzer evə gəlib və “Dany”ə hər şeydən bezdiyini, onunla qovuşmaq istədiyini və onun yanına gələcəyini deyib. “Dany” isə bunun çox möhtəşəm olacağını deyərək onu cəsarətləndirib. Nəticədə Sevell özünü gülləliyib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: