Sabiq direktora yeni VƏZİFƏ VERİLDİ
Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Musiqili Dram Teatrının sabiq direktoru Əliqismət Lalayevə yeni vəzifə verilib.
Ajans.az xəbər verir ki, o, Milli Məclisin Mədəniyyət Komitəsində
fəaliyyətə başlayıb.
Əliqismət Lalayev “Pərvizə görə” verilişində bildirib ki, komitənin sədri Polad
Bülbüloğlu ilə yenidən birgə çalışır. Onun sözlərinə görə, daha əvvəl 12 il Mədəniyyət
Nazirliyində, həmçinin əvvəlki dövrlərdə də Polad Bülbüloğlu ilə birgə fəaliyyət
göstərib.
Ə. Lalayev yeni vəzifəsində çalışmaqdan məmnun olduğunu ifadə edərək, Polad
Bülbüloğlu ilə eyni komandada fəaliyyət göstərməyi böyük şərəf və qürur hesab
etdiyini qeyd edib.