3 yaşlı uşaq atasının idarə etdiyi texnikanın ALTINDA QALDI
Zərdab rayonunda faciəvi hadisə baş verib.
Ajans.az xəbər verir ki, hadisə rayonun Qoruqbağı kəndində qeydə alınıb.
İlkin məlumata görə, 3 yaşlı Əsma Kərimli atasının idarə etdiyi otbağlayan texnikanın altında qalaraq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq başvermə şəraiti və ölümün səbəbi aparılan araşdırmalardan sonra müəyyənləşdiriləcək. (unikal)
Mövzular: