Fransa Bəşər Əsədin həbsinə ORDER VERDİ
Fransa məhkəmə sistemi Suriyadakı Baas rejiminin lideri Bəşər Əsədin həbsinə order verib.
Ajans.az xəbər verir ki, Fransanın xarici işlər naziri rejimin cinayətlərinin cəzasız qalmamasının lazım olduğunu vurğulayıb.
Fransa Milli Terrorla Mübarizə Prokurorluğundan (Pnat) AA müxbirinə verilən açıqlamaya görə, Pnat Fransa vətəndaşının ölümü ilə bağlı aparılan istintaq çərçivəsində yanvarın 16-da Əsədin həbsinə order verilməsini istəyib.
Fransa məhkəmə mənbələrindən verilən açıqlamaya görə, sözügedən istintaqdan məsul hakimlər Əsədin qətl və mülki şəxslərə qarşı qəsdən hücumlar səbəbiylə hərbi cinayətlərə şərik olduğu əsası ilə yanvarın 20-də həbs qərarı verib.