Putin və Tramp arasında danışıqlar olacaq

Putin və Tramp arasında
Tramp Putin
Siyasət 20-11-2024 - 12:30

Rusiya prezidenti Vladimir Putinlə ABŞ-nin yeni seçilmiş rəhbəri Donald Tramp arasında Ukrayna və digər beynəlxalq məsələlərlə bağlı danışıqlar mümkündür.

Ajans.az xəbər verir ki, bu sözləri Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib.

“Bu təmasların baş tutacağına şübhəm yoxdur. Tramp artıq həssas mövzulara (Yaxın Şərq, İran və Ukrayna) toxunulacağından danışıb. Təşəbbüskarın kim olacağını bilmirəm, amma bu o qədər də vacib deyil, çünki biz əvvəlcə bu problemlər haqqında danışmışdıq. 2021-ci ildən biz bu haqda yazmışıq, danışmışıq və danışmağa davam edirik. Biz Minsk razılaşmalarının yerinə yetirilməsində israrlı idik və Fransa, Böyük Britaniya və Almaniya tərəfindən pozulan digər razılaşmalara cəhdlər göstərdik. Sonra özləri də etiraf etdilər və ABŞ prezidenti Co Baydenin administrasiyası bütün bunları israrla manipulyasiya etdi. Parlament hesab edir ki, belə bir addım beynəlxalq vəziyyəti yaxşılaşdıracaq. Əgər bu gün ABŞ-nin yeni administrasiyası bu məsələlərin həllinə razılıq versə və Tramp bunu bəyan etsə, bu, müsbət olacaq”, - deyə deputat izah edib.

İsrailin keçmiş baş naziri Ehud Barakın da “Politico” nəşrinə müsahibəsində dediyi kimi, Putinlə Tramp arasında danışıqlar Amerika tərəfinin təşəbbüsü ilə mümkündür. Onun fikrincə, siyasətçilər Yaxın Şərqdəki əsas məsələlərdə razılığa gələ bilsələr, bu sövdələşmə daha geniş xarakter daşıya və Ukrayna münaqişəsinin həlli üzrə dialoqu da əhatə edə bilər.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: