Ermənilərin 300-dən çox yük maşını sərhəddə qalıb

Ermənilərin 300-dən çox yük maşını sərhəddə qalıb
Gündəm 08-02-2025 - 17:31

“Yuxarı Lars” keçid məntəqəsində 300-dən çox erməni yük maşını Rusiya-Gürcüstan sərhədini keçmək üçün növbə gözləyir.

Ajans.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hazırda keçid məntəqəsində növbədə müxtəlif ölkələrdən 1000 yük maşını qeydiyyatdadır.

Larsdan keçən yol fevralın 7-də axşam saatlarında bağlanıb.

Xatırladaq ki, Gürcüstandan keçən bu yol Ermənistanı Rusiya ilə birləşdirən (Gürcüstan ərazisindən keçən) yeganə quru yoludur.

PAYLAŞ: