Əməliyyatdan sonra ölən Türkanın anası danışdı - TƏFƏRRÜAT

Əməliyyatdan sonra ölən Türkanın anası danışdı -
Gündəm 26-02-2025 - 11:08
 154

Əməliyyat zamanı dünyasını dəyişən 24 yaşlı Türkan Balakişizadənin ölümü ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Ajans.az bildirir ki, onun anası bu barədə İTV-yə danışıb:

“Əlinin üstündə yumru formada nəsə var idi. Həkim MRT-yə göndərdi, sonra Bakıya onkoloji müayinəyə göndərdilər. Dedilər elə-belə şeydir. Qızım isə dedi ki, məzuniyyətə çıxmışam, qayıdaq Gəncəyə, orada əməliyyat etdirərəm. Fevralın 10-u deyə-gülə əməliyyata apardıq, saat 11-də içəri girdi. 11:40-da həkim gəldi ki, uşağı az qala itirmişdik. Güclə qaytardıq, aparata qoşmuşuq. Hələ əməliyyat başlamamış şoka düşüb. Aparatda 14 gün qaldı”.

Qeyd edək ki, Türkan Balakişizadə Gəncə regional “ASAN xidmət” mərkəzində yerləşən Azərbaycan Beynəlxalq Bankının əməkdaşı olub.

Ətraflı sujetdə:

Ajans.az
Vəzifəsi: Redaktor
PAYLAŞ: