Əli Əsədov İrana getdi

Əli Əsədov İrana getdi
Gündəm 17-02-2025 - 18:58

Fevralın 17-də Azərbaycanın Baş naziri Əli Əsədov İrana işgüzar səfərə gedib.

Bu barədə Ajans.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Tehranın Mehrabad hava limanında Ə.Əsədovu İranın yol və şəhərsalma naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Fərzanə Sadeq və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Baş nazir Ə.Əsədov 3-cü Xəzər İqtisadi Forumunda iştirak edəcək.

PAYLAŞ: