Elektrik qiymətlərində dəyişiklik edildi - Yanvarın 1-dən ARTACAQ

Elektrik qiymətlərində dəyişiklik edildi -
Elektrik
İqtisadiyyat 18-11-2024 - 14:52
 738

Türkiyədə 1 yanvar 2025-ci il tarixindən etibarən məişət abonentləri üçün illik 5 min kilovat saat (kWh) elektrik istehlakı limiti tətbiq ediləcək.

Ajans.az xəbər verir ki, Elektrik Mühəndisləri Palatasının (EMO) sədri Mahir Ulutaş yeni tənzimləmə ilə bağlı diqqətçəkən açıqlamalar verib. Məscid, ibadət yerləri, dərnəklər və AFAD müvəqqəti sığınacaq mərkəzləri kimi yerlər bu tənzimləmənin əhatə dairəsindən çıxarılıb.

Elektrik Mühəndisləri Palatasının (EMO) sədri Mahir Ulutaş bildirib ki, əvvəllər 1 milyon kilovatsaat olan pulsuz istehlak limiti yaşayış evləri üçün 5 min kilovatsaata endirilib. Ulutaş, bu tənzimləmə ilə birjada təyin olunan qiymətlərin etibarlı olacağına və YEKDEM adlı Bərpa Olunan Enerji Qaynaqlarına Dəstək Mexanizmi üçün fakturalara müəyyən məbləğin əlavə ediləcəyinə diqqət çəkərək, “Buna görə də, vətəndaş həm gündəlik, həm də aylıq nə ödədiyini bilməyəcək. Çünki birjada qiymətlər anında dəyişir. Heç bir proqnozlaşdırıla bilən hesab, enerji xərcləri olmayacaq və xərclər yüksək olacaq”, - deyə bildirib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: