Egey dənizində zəlzələ oldu

Gündəm
02-02-2025 - 10:36
Bu gün Egey dənizində 4,7 bal gücündə zəlzələ olub.
Ajans.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ ölkənin Muğla vilayətinin Bodrum rayonundan 171,26 kilometr məsafədə meydana gəlib. Yeraltı təkanların ocağı dənizin 6,64 kilometr dərinliyindədir.
Qeyd edək ki, dünən bir neçə saat ərzində Egey dənizində ən şiddətlisi 4,4 bal gücündə bir neçə təkan qeydə alınıb.
Mövzular:
Oxşar xəbərlər
"Pilotlar bilirdilər ki, qəza enişindən sağ çıxa bilməyəcəklər" - İlham Əliyev
Gündəm11:17 / 29-12-24