Dünyanın ən varlı adamlarından biri korrupsiyada İTTİHAM OLUNDU
Nyu-Yorkun Şərq dairəsinin prokurorluğu Hindistanın ən varlı adamlarından biri, “Adani Group” sənaye konqlomeratının rəhbəri Qautam Adani və onun yeddi şərikini korrupsiya cinayətlərində ittiham edib.
Ajans.az xəbər verir ki, iddialara fırıldaqçılıq və rüşvət, o cümlədən Hindistan hökumətinin üzvlərinə günəş enerjisi ilə bağlı müqavilələrdə milyardlarla dollar təmin etmək üçün 250 milyon dollardan çox pul ödəmələri daxildir. Eyni zamanda, Adani və tərəfdaşları ABŞ və digər ölkələrdəki investorlardan kapital cəlb etmək üçün bu sxem haqqında yalan danışıb.
Prokurorluq rüşvətin məbləğini 250 milyon dollardan çox qiymətləndirib. Amerika vətəndaşları və şirkətlərinin vəsaitləri məmurlara ödənişlər etmək üçün istifadə edilib. Adaninin sərvəti 85 milyard dolları ötür. O, “Bloomberg Billionaires Index”in dünyanın ən zəngin insanlarının reytinqində 18-ci yerdədir.