Dünyanın ən bahalı KÜÇƏLƏRİ... - SİYAHI
Milanda “Via Montenapoleone” dünyanın ən bahalı alış-veriş küçəsi seçilib.
Ajans.az xəbər verir ki, “Cushman & Wakefield” konsaltinq şirkətinin analitikləri öz araşdırmalarında bu məlumatları təqdim edib.
Mütəxəssislərin fikrincə, bu küçədə orta icarə haqqı bir il ərzində hər kvadrat metr üçün 2047 dollara çatır.
Nyu-Yorkun Beşinci Avenyu küçəsi dünyanın ən bahalı alış-veriş küçələri siyahısında ikinci yerdədir. 2022-ci ildən bəri kirayə qiymətləri dəyişməyib. Mütəxəssislərin fikrincə, qiymət hər kvadratmetr üçün 2000 dollar səviyyəsində qalır. İlk üçlüyü Londondakı “New Bond” Street hər kvadrat metr üçün 1762 dollarla tamamlayır.
Dünyanın ən bahalı alış-veriş küçələrinin ilk onluğuna Honq-Konqdakı Tsim Şa Tsui, Parisdəki Yelisey meydanı, Sürixdəki Bahnhofstrasse, Tokiodakı Ginza, Sidneydəki Pitt küçəsi, həmçinin Seuldakı Myonqdonq və Vyanada Kohlmarkt daxildir.
Bundan əvvəl “ECA International” 2023-cü ildə dünyanın ən bahalı şəhərlərinin reytinqini təqdim edib. Həmin siyahıya Honq-Konq və Nyu-York başçılıq edib.