DSX-dən “Vətəndaş A”nın dronu ilə bağlı - Rəsmi açıqlama
“Vətəndaş A” serialının dronunun Dövlət Sərhəd Xidməti tərəfindən vurulması ilə bağlı məlumat həqiqəti əks etdirmir”.
Bu barədə Ajans.az-a DSX-dən məlumat verilib. Bildirilib ki, sözügedən məsələ ilə bağlı yayılan məlumat doğru deyil.
Qeyd edək ki, ekran işinin rejissoru Elvin Rüstəmzadə kulis.az-a müsahibəsi zamanı dronlarının DSX tərəfindən səhvən vurulduğunu iddia etmişdi.