Daha bir ölkənin prezidentinin COP29-da iştirakı təsdiqləndi

Daha bir ölkənin prezidentinin COP29-da iştirakı
Gündəm 30-10-2024 - 16:27

Latviya Prezidenti Edqars Rinkeviç COP29-da iştirak edəcək.

Ajans.az xəbər verir ki, bu barədə APA-ya Latviyanın Azərbaycan Respublikasındakı səfiri Edqars Skuya deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Latviya Prezidenti Edqars Rinkeviç COP29-da iştirakını təsdiqləyib. Rinkeviç öz nümayəndə heyəti ilə iştirak edəcək.

“İlin ən böyük zirvə toplantısı olan COP29-a Azərbaycanın ev sahibliyi etməsi bizi çox sevindirir, iqlim dəyişikliyinin maliyyələşdirilməsi, deməliyəm ki, həlledici məsələlərdən biridir. Biz müzakirələri dəstəkləyirik. Biz bu kimi məsələlərdə fəal iştirak edəcəyik. Ümid edirik ki, COP29-da daha sonra konsensusa və çox yaxşı qərarlara nail olacağıq”, - deyə səfir əlavə edib.

PAYLAŞ: