Çay "lənət"lənib? - Su al-qırmızı "qan"a BOYANDI - VİDEO
![Çay "lənət"lənib? - Su al-qırmızı "qan"a](https://ajans.az/uploads/images/202502/image_940x_67a5c8d62cd2c.webp)
Perunun paytaxtı Limada Rimak çayı qəfil qırmızıya çevrilərək vətəndaşları narahat edib.
Ajans.az xəbər verir ki, bu barədə ispan mətbuatı məlumat yayıb.
Ətraf mühit üzrə ekspert Maria Angelica Villasante bildirib ki, rəng dəyişikliyi ərazidəki sənaye obyektlərinin çirklənməsi ilə bağlıdır. Bu vəziyyətin yaranmasına bölgədə fəaliyyət göstərən 30-dan çox mədən əməliyyatının və 500-dən çox drenaj borusundan birbaşa çaya axan tullantıların səbəb olduğu düşünülür.
Çərşənbə axşamı Limanın mərkəzində Trujillo körpüsü ilə Chabuca Granda küçəsi arasındakı çay hissəsində qeydə alınan görüntülər vətəndaşları əsəbiləşdirib. On metrlərlə eni olan çayın hamısı qırmızıya çevrilərək körpülərdən seyr edən vətəndaşları heyrətə salıb.
Ətraf mühit üzrə ekspert Maria Angelica Villasante sosial mediada yayılan "lənət" şayiələrini təkzib edib. Villasante bildirib ki, rəng dəyişikliyi ərazidəki sənaye obyektlərinin çirklənməsi ilə bağlıdır.
Rayonda fəaliyyət göstərən 30-dan çox mədən əməliyyatı və tullantıları birbaşa çaya axıdan 500-dən çox drenaj borusu şübhə doğurur. Mütəxəssislər qırmızı rəngin mədən tullantıları ilə bağlı olduğunu düşünürlər.
"Su təmizləyici qurğularımız normal işləyir. Rəng dəyişikliyi bizim su qəbul məntəqələrimizin altında baş verir, ona görə də içməli su təhlükəsizdir", - yerli su təchizatçısı Sedapal açıqlamasında bildirib.
Milli Su İdarəsi hadisə yerindən nümunələr götürərək araşdırmaya başlayıb. Səlahiyyətlilər, "Lazımi analizlər aparılacaq və hər hansı bir problem aşkar edilərsə, dərhal müdaxilə ediləcək" ifadəsi ilə açıqlama verib.
Limanı ikiyə bölən 160 kilometrlik Rimak çayı şəhərin ən əhəmiyyətli su mənbəyi kimi tanınır. Oxşar hadisə ötən ay Avstraliyanın Sidney şəhərində də baş vermiş, dəniz suyu qırmızıya çevrilmişdi.