Bu qidalar qaraciyəri MƏHV EDİR - DİQQƏT!
Qara ciyər sağlamlığımız üçün həyati vacib orqanlardan biridir və qidalanma onun funksiyasına ciddi təsir göstərə bilər. Mütəxəssislər, bəzi qidaların qara ciyərə zərər verə biləcəyini bildirir.
Ajans.az-ın xəbərinə görə, bəzi qidalar qara ciyər sağlamlığı üçün təhlükə yarada bilər.
Qızardılmış və yağlı yeməklər – Yağlı və qızardılmış qidalar qara ciyərdə yağ yığılmasına səbəb olur və bu da uzun müddətdə qaraciyər piylənməsi (steatoz) xəstəliyinə gətirib çıxara bilər.
Şəkərli içkilər və qazlı sular – Həddindən artıq şəkər istifadəsi qaraciyərin funksiyasını pozur. Şəkər qaraciyərdə yağ şəklində yığılır və bu da yağlı qaraciyər xəstəliyinin inkişafına səbəb ola bilər.
Spirtli içkilər – Alkoqol qaraciyərə ən böyük zərər verən maddələrdən biridir. Uzun müddətli spirtli içki istifadəsi qaraciyər sirrozu kimi ciddi xəstəliklərə səbəb olur.
Duzlu qidalar – Həddindən artıq duz istifadəsi qaraciyərin işini çətinləşdirir və su tutulumuna səbəb olaraq qaraciyər iltihabına gətirib çıxara bilər.
Həkimlər bu qidalardan uzaq durmağı və daha sağlam qida seçimlərinə üstünlük verməyi tövsiyə edir. Sağlam qidalanma qaraciyərin funksiyasını qorumaq üçün vacibdir.