Bu ölkədə fövqəladə vəziyyət ELAN EDİLDİ

Dünya
22-03-2025 - 18:55
Cənubi Koreyada insan tələfatına səbəb olan kütləvi meşə yanğınlarına görə üç regionda fəlakət vəziyyəti elan edilib.
Ajans.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər və Təhlükəsizlik Nazirliyi qərar qəbul edib. Nazirlik bu qərarın yanğınla mübarizədə bütün mövcud resursları səfərbər etməyə imkan verəcəyini bildirib.
Cənubi Koreya mətbuatının məlumatına əsasən, yanğınlar nəticəsində 4 xilasedici həlak olub, 6 nəfər isə yaralanıb.