Bayden İranın vurulması üçün İsrailə İCAZƏ VERDİ - TƏCİLİ
İsrailin İrana Fələstinin "HƏMAS" radikal hərəkatı və şiə Hizbullah qruplaşmasına qarşı özünümüdafiə hüququ var.
Ajans.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.
“HƏMAS"ın İsrailə hücumundan qısa müddət sonra müharibə zamanı İsrailə səfər edən ilk Amerika prezidenti oldum. Mən İsrail xalqına bildirdim ki, siz tək deyilsiniz. Vitse-prezident Kamala Harris və mən yəhudi xalqının təhlükəsizliyinə, İsrailin təhlükəsizliyinə və onun mövcudluq hüququna tam sadiqik”, - Amerika lideri bildirib.
Eyni zamanda, Bayden əlavə edib ki, Birləşmiş Ştatlar Qəzza zolağındakı münaqişənin diplomatik yolla həllinə tərəfdardır və həmçinin İsrail və Livan tərəflərini danışıqlar masası arxasına oturmağa çağırıb.