U-17 millimiz Belarusa uduzdu

İdman
23-03-2025 - 16:59
Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoxlama görüşünü keçirib.
Ajans.az xəbər verir ki, Aqil Nəbiyevin çalışdırdığı U-17 Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Oyun Belarus millisinin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0.
Qeyd edək ki, komandalar martın 26-da ikinci yoxlama matçında üz-üzə gələcəklər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.