Müharibə anonsu: İki dövlət də hücum ƏMRİ VERDİ
Şimali Koreya Seulu müharibə təxribatı səbəbilə ittiham edib. Həmçinin paytaxtı Pxenyana pilotsuz təyyarələr göndərmək də iddialar arasındadır.
Ajans.az xəbər verir ki, bu barədə Koreyanın rəsmi xəbər agentliyi məlumat verib. Koreyanın rəsmi Mərkəzi Xəbər Agentliyi bazar günü bildirib ki, Şimali Koreya ordusunun baş qərargahı həftə sonu artilleriya bölmələrinə oxşar infiltrasiya təkrarlanacağı təqdirdə düşmən hədəflərinə dərhal zərbə endirmək üçün “atəş açmağa tam hazır olun” əmri verib.
Məlumata görə, sərəncam şənbə günü verilib və bazar gününə qədər qüvvədə olub.
"Bütün bu vəziyyətin səbəbi Şimali Koreyanın zibil balonlarındadır. Biz Şimali Koreyanı murdar və vulqar zibil balonlarının göndərilməsini dayandırması ilə bağlı ciddi xəbərdarlıq edirik", - deyə, JCS-nin bəyanatında bildirilir.