Papa Azərbaycan və Ermənistandan danışdı

Papa Azərbaycan və Ermənistandan
Dünya 23-03-2025 - 20:23

Romanın Gemelli xəstəxanasının eyvanından beş həftə sonra ilk dəfə ictimaiyyət qarşısına çıxan Papa Fransisk Azərbaycanla Ermənistan arasındakı sülh prosesini yüksək qiymətləndirib.

Ajans.az xəbər verir ki, bu barədə Vatikan məlumat yayıb.

Roma Papası Azərbaycan və Ermənistana Cənubi Qafqazda sülhə doğru atılan addımlara görə minnətdarlığını bildirib.

“Qoy bu, digər münaqişələrin də dialoq və xoşməramlılıq yolu ilə həllini tapa biləcəyinə ümid əlaməti olsun”, - deyə o bildirib.

PAYLAŞ: