Müharibədə 50 mindən çox fələstinli öldü

Dünya
23-03-2025 - 19:02
2023-ci ilin oktyabrından bəri Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində ölən fələstinlilərin sayı 50 min nəfəri keçib.
Ajans.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin məlumatında deyilir.
“2023-ci ilin oktyabrından bəri İsrailin təcavüzü nəticəsində həlak olanların sayı 50 021-ə çatıb, daha 113 274 nəfər yaralanıb”, – nazirliyin hesabatında qeyd olunub.
Qəzza Səhiyyə Nazirliyi son 24 saat ərzində bölgədə 41 nəfərin öldüyünü, 61 nəfərin yaralandığını açıqlayıb.