Evdə iynə vurulan qadın şoka düşərək ÖLDÜ

Hadisə
23-03-2025 - 17:53
Qax rayonunda evdə iynə vurulan qadın şoka düşərək ölüb.
Ajans.az xəbər verir ki, hadisə ötən gün baş verib.
Belə ki, 1963-cü il təvəllüdlü Qax rayonu, Tasmalı kənd sakini Şabanova Şəfəq Mürsəl qızı ev şəraitində inyeksiya olunan “Seftriakson” dərmanın əks təsirindən anafilaktik şoka düşərək ölüb.
Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.