Braziliyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Braziliyanın cənub-şərqində, San-Paulo ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
Ajans.az yerli G1 telekanalına istinadən xəbər verir ki, hadisə Kuadra şəhərində baş verib. Səmaya qalxandan bir müddət sonra təyyarə qamışlıq sahəyə düşüb, nəticədə göyərtəsində olan 77 yaşlı kişi və 74 yaşlı qadın həlak olub.
Qeyd olunur ki, təyyarə yerli mülki aviasiya xidmətində qeydiyyatda olub, müvafiq yoxlamadan keçib və saz vəziyyətdə olub.
Qəzanın səbəbləri araşdırma nəticəsində müəyyən ediləcək.
Mövzular:
Oxşar xəbərlər
İlon Maskın şirkəti milyonlarla miqrantin şəxsi məlumatlarına giriş ƏLDƏ ETDİ
Dünya11:03 / 22-04-25
Trampın Ukrayna planının təfərrüatları məlum oldu: ABŞ tərəflərə öz şərtlərini qoydu
Dünya09:39 / 22-04-25