Bir evin həyətindən 102 ilan tapıldı - ŞOK

Bir evin həyətindən 102 ilan tapıldı -
İlan
Dünya 07-02-2025 - 15:02

Avstraliya Yayım Korporasiyasının (ABC) məlumatına görə, Sidneyin Horsli Parkı ərazisində sakinlər son bir neçə gün ərzində evlərinin ətrafında ilan gördüklərini bildiriblər.

Ajans.az xəbər verir ki, yerli sakinlər bu yaxınlarda gördükləri ilanların ot tayalarında gizləndiyini bildiriblər.

Latın adı "Pseudechis Porphyriacus" ilə tanınan bu ilanlardan biri yerli sakinin itini dişlədikdən sonra əraziyə ilan ovçuları çağırılıb.

İlan tutan Cory Kereawro, iş yoldaşı Dilanın bir evin həyətində 40 "qırmızı qarınlı qara ilan" tapdığını və hamilə olanların körpələri olduqdan sonra tutulan ilanların sayının 102-yə yüksəldiyini söyləyib.

Kerewaro, yerli əhalinin ilanların çoxluğuna görə kömək istədiklərini və indiyə qədər tək bir ərazidə bu qədər qırmızı qarınlı qara ilan olmadığını söyləyib.

Daha əvvəl də bu növ ilan tərəfindən dişlənərək barmaqları kəsilən həmkarlarının olduğunu bildirən Kerewaro, başqa bir həmkarının da dişləndiyi üçün böyrək çatışmazlığı yaşadığını qeyd edib.

“Avstraliya Muzeyi” internet saytındakı məlumata görə, ümumiyyətlə Avstraliyanın NSW və Viktoriya əyalətlərində rast gəlinən qırmızı qarınlı qara ilan 5-18 bala doğur.

Dişləndikdə zəhərli olan bu ilanlar şişlik, ürəkbulanma, qusma, baş ağrısı, ishal və əzələ ağrılarına səbəb ola bilər.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: