BBC-nin yayımı 3 ay müddətinə DAYANDIRILIB
Niger hakimiyyəti Britaniyanın BBC telekanalının yayımını üç ay müddətinə dayandırdığını elan edib.
Ajans.az xəbər verir ki, bu barədə Nigerin dövlət xəbər agentliyi ölkənin Rabitə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin “Anfani”, “R&M” və “Saraounia” xəbər agentliklərinə göndərilən məktubda deyilir:
"Sizdən proqramları üç ay müddətinə dərhal dayandırmağınızı və bütün Nigerdəki müəssisələrnizdəki “British Broadcasting Corporation” kanalının bütün ötürücü və qəbul vasitələrini ayırmağınızı xahiş edirəm".