Bakıda yaşayış binasında yanğın baş verdi
Bakı şəhərinin Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yanğın olub.
Ajans.az xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 35 m² olan bir otaqlı mənzildə 1 ədəd televizor və televizor altlığı yanıb, yüksək temperaturdan 1 ədəd pəncərə çərçivəsi qarsalanıb. Mənzil yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.