Bakıda Qaraj da içindəki maşın da YANDI

Bakı şəhərinin Qaradağ rayonunda minik avtomobili yanıb.
Ajans.az xəbər verir ki, rayonda ümumi sahəsi 80 m² olan qarajın yanar konstruksiyaları və içərisində dayanan "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.