Azərbaycanda satılan bu yağların orqanizmə zərəri ŞOK ETDİ - İstifadə etməyin!
Azərbaycanda qida istehsalında geniş istifadə olunan bəzi yağlar sağlamlığa zərərli təsirlər yarada bilər. Mütəxəssislər bu yağların mütəmadi istehlakının müxtəlif sağlamlıq problemlərinə yol açdığını xəbərdar edirlər.
Ajans.az "mayo clinic"ə istinadən xəbər verir ki, ölkəmizdə satılan bəzi yağlar zərərlilik dərəcəsinə görə olduqca keyfiyyətsizdir.
Doymuş yağlarla zəngin olan palm yağı, ürək xəstəlikləri riskini artırır. Ekoloji cəhətdən də ziyanlıdır, çünki istehsalı zamanı tropik meşələrin kəsilməsi baş verir. Fast food və hazır qidalarda tapılan Trans yağlar xolesterol səviyyəsini yüksəldir və obezite riskini artırır. Həmçinin, ürək-damar xəstəliklərinə səbəb ola bilər.
Eyni zamanda qızartma yağları da tez-tez qızartma prosesində istifadə edilir və bir müddət sonra zərərli maddələrə çevrilir, bu da insan sağlamlığı üçün təhlükə yaradır.
Mütəxəssislər yağların etiketlərini oxumağı və mümkün olduğu qədər təbii və sağlam alternativlər seçməyi tövsiyə edirlər. İstehlakçıların bu zərərli yağlardan çəkinməsi sağlam həyat tərzinin bir hissəsi olaraq önəmlidir.