Azərbaycanda futbol matçları təxirə salındı

Futbol üzrə Azərbaycan çempionatının II Liqasının matçları təxirə salınıb.
Ajans.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
Buna səbəb paytaxtda və regionlarda mövcud olan, eləcə də davam edəcəyi proqnozlaşdırılan qarlı hava şəraiti olub.
PFL II Liqanın 24-25 fevral tarixlərində keçirilməsi nəzərdə tutulan oyunlarının təxirə salınmasına qərar verib. Oyunların 27, 28 fevral və 1 mart tarixlərində keçirilməsi qərara alınıb.
Oyunların təqvimi və başlama saatları ilə bağlı əlavə məlumat veriləcək.