Azərbaycanda 5 yaşlı uşaq civə uddu

Azərbaycanda 5 yaşlı uşaq
Gündəm 04-02-2025 - 23:12

Ağdaşda azyaşlı civədən zəhərlənib.

Ajans.az xəbər verir ki, hadisə Pirəzə kəndində baş verib.

Kənd sakini 5 yaşlı N.Alxazzadə yaşadığı evdə ağzında termometr sındırıb. Nəticədə uşaq civədən zəhərlənib. O, civənin toksiki təsiri diaqnozu ilə xəstəxanaya gətirilib.

Xəstəxanada tibbi yardım göstərildikdən sonra azyaşlı evə buraxılıb. 

PAYLAŞ: