Azərbaycan neftinin qiyməti 2 faizə yaxın artıb

Azərbaycan neftinin qiyməti 2 faizə yaxın
İqtisadiyyat 26-10-2024 - 09:45

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2 faizə yaxın artıb.

Ajans.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,31 ABŞ dolları, yaxud 1,74 % artaraq 76,63 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

PAYLAŞ: