Azərbaycan gəmilərinin şəxsi heyətlə birgə girov götürülməsinə RƏSMİ REAKSİYA - TƏCİLİ
2024-cü ilin 7 noyabr tarixində"Caspian Marine Services B.V." şrikətinin Azərbaycandakı filialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə DDLA -nə məlumat daxil olmuşdur.
Ajans.az xəbər verir ki, dərhal Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilmişdir. Bununla yanaşı, Agentlik tərəfindən Eritreya Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə BDT-yə, Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilmişdir.