AZAL-ın təyyarəsi dron hücumuna görə geri qayıtdı - RƏSMİ AÇIQLAMA

AZAL-ın təyyarəsi dron hücumuna görə
Gündəm 27-12-2024 - 12:47
 247

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8717 nömrəli Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarəsinin kapitanı havaya qalxandan və Mahaçqala üzərində hava məkanının bağlı olması barədə NOTAM (uçuş məlumatı) bildirişi alandan dərhal sonra Bakı hava məkanından çıxmadan geri qayıdıb.

AZAL-dan Ajans.az-a verilən məlumata görə təyyarə yerli vaxtla saat 10:13-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Rusiya istiqamətində uçuşlarla bağlı yaxın zamanda ümumi məlumat açıqlanacaq.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

PAYLAŞ: