''Aygün Kazımovanın nə boyda sənəti var?''- Kəmalə Əsəbləşdi

''Aygün Kazımovanın nə boyda sənəti var?''-
Şou Biznes 03-04-2025 - 15:47
 89

Ajans.az xəbər verir ki, Kəmalə Günəşli “Rəngarəng” verilişində müzakirə yaradan bir çıxış edib. Müğənni Aygün Kazımovanın sənətini tənqid edərək

 “Aygün Kazımovanın nə boyda sənəti var ki? Estrada oxuyur, muğam bilir, ya nə bilir? Mən də estrada oxuyuram, yeri gələndə muğam da oxuyaram. İnsan seviləndə diva olur, bunu bilin” -deyib.

Zaur Nəbioğlu isə bu fikirlə razı olmayaraq, “Bu gün Kəmalə Günəşlinin diva olması ilə razı deyiləm. Diva Aygün Kazımovadır” deyib.

Kəmalə Günəşli isə ona cavab olaraq, “Onun yaşına çatanda mən də olacağam. Mən onun yaşında deyiləm, qat-qat kiçiyəm” sözlərini işlədib.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: