Rusiya ilə Fransa arasında gərginlik daha da artır

Gündəm
09-04-2025 - 22:15
Təbii ki, bu hal Fransa hakimiyyətinin onsuz da gərginləşdirdiyi ikitərəfli münasibətlərimizi daha da ağırlaşdırır.
Ajans.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov aprelin 6-da Parisin Şarl de Qol hava limanında baş vermiş hadisəni şərh edərkən deyib.
Onun sözlərinə görə, Fransa hakimiyyəti uzun müddət saxlanılan şəxsin yanına konsulluq xidmətinin əməkdaşlarını buraxmayıb. Bu isə beynəlxalq öhdəliklərin birbaşa pozulmasıdır.
Qeyd edək ki, daha öncə də Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşının Paris hava limanında saxlanması ilə bağlı Fransa səfiri XİN-ə çağırılıb.