Türk ölkəsində dövlət çevrilişinə cəhd edildi

Türk ölkəsində dövlət
Gündəm 09-04-2025 - 22:49

Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi ölkədə dövlət çevrilişinə cəhdin qarşısını alıb.

Ajans.az Publika.az-a istinadən xəbər verir ki, komitə yerli münaqişələr, kütləvi etiraz aksiyaları və iğtişaşlar təşkil etməklə millətlərarası ədavətin qızışdırılmasına hazırlıq hallarını müəyyən edib və bunun qarşısını alıb.

“Əsas məqsəd dövlət çevrilişinə cəhdlə ictimai-siyasi sabitliyi pozmaq olub”, - bəyanatda deyilib.

Komitə baş verənlərlə bağlı təfərrüatı açıqlamayıb.

PAYLAŞ: