”Artıq yardım söhbətləri gələndə iyrənirəm”- Kamil Zeynallı

Şou Biznes
05-04-2025 - 11:42
“Hər şey öz yerində gözəldir. Bizim insanlara 5 barmağını bal etsən də, deyirlər ki, biri zəhərdir”
Ajans.az xəbər verir ki, bu açıqlamanı Kamil Zeynallı “Tarixin Bir Günü” verilişində qonaq olarkən deyib. O, bildirib ki, lazım olan vaxtda birlik yaradıb işlərini görüb, sonra isə kənara çəkilib:
“Sakitçilik hər şeydən gözəldir. Nə qədər ortada yaxşılıqlarınla görsənsən, o qədər problemlərin çox olur. Artıq yardım söhbətləri gələndə iyrənirəm. O qədər insanı incidirlər, ən yaxşısı vaxtında geri çəkilməkdir. İdmanımı edirəm, övladımla məşğul oluram”.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir