Bağçadan çıxan uşaqlara itlər hücum etdi: 9 yaralı

Bağçadan çıxan uşaqlara itlər
Gündəm 09-04-2025 - 21:22

Sumqayıtda bir gündə doqquz uşağı itlər dişləyib.

Ajans.az xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayon ərazisində baş verib.

Eyni bağçadan ayrı-ayrı vaxtlarda çıxan doqquz uşağa itlər hücum edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib ki, bu gün saat 18:00 radələrində 6 nəfər it dişləməsi diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki tibb müəssisələrinə hospitalizasiya olunub.

Bildirilib ki, Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 1 nəfərə zəruri tibbi yardım göstərilib, müvafiq peyvənd vurulan və vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

"Uşaq Xəstəxanasına yerləşdirilən 5 nəfərin hər birinə zəruri tibbi yardımlar göstərilib. Müvafiq peyvənd vurulan, vəziyyəti qənaətbəxş olan 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. Başın dişlənmiş-didilmiş yarası diaqnozu təyin edilən 1 nəfərin müalicəsi isə Uşaq Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir, hazırda vəziyyəti orta ağırdır" , - məlumatda bildirilib.

PAYLAŞ: