Kamil Zeynallı Gülaydan danışdı: Heç kimin başı üçün deyil...

Kamil Zeynallı Gülaydan danışdı:
Şou Biznes 04-04-2025 - 16:07
 98

Ajans.az xəbər verir ki,“Tarixin bir günü” verlişində Kamil Zeynallıya maraqlı bir sual ünvanlanıb. Sualda deyilir:

“Gecə saat 2-1-də mötəbər bir insan və ya məmur Gülaya zəng etsə ki, gəl, məclisimizdə oxu, buna necə baxarsan?”

Kamil Zeynallı isə bu suala belə cavab verib:

“Hamı bilir ki, kimi hansı məclisə dəvət etmək lazımdır. Yəni, elə bir adam yoxdur ki, zəng edib saat 2-də Gülayı məclisə dəvət etsin. Tanıyan bilir ki, evdə uşaq var, tezdən saat 7-də durur, uşağı məktəbə yola salmaq lazımdır. Bir sözlə, heç kimin başı üçün deyil ki, Gülaya xanımı saat 2-də məclisə dəvət etsin.”

Kamil Zeynallının bu cavabı sosial mediada və digər platformalarda geniş müzakirələrə səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: